18 yaşından sonra valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad ediliblər | 1news.az | Xəbərlər
Cəmiyyət

18 yaşından sonra valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad ediliblər

13:49 - 18 / 02 / 2017
18 yaşından sonra valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad ediliblər

Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olacaqlar.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclasında qəbul edilən qərarda əksini tapıb.

Qərarda deyilir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Milli Məclisə tövsiyə edilsin.

Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Qeyd edək ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasında qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Konstitusiyanın 25-ci maddəsinin I hissəsində isə bildirilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə qeyd edilir ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.

1news.az

Paylaş:
679

Son xəbərlər

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37Əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 11 / 2024, 16:21Prezident İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:08İlham Əliyev Qana Prezidenti ilə görüşüb12 / 11 / 2024, 15:44Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb12 / 11 / 2024, 15:22İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb12 / 11 / 2024, 14:34XİN Konstitusiya Günü münasibətilə paylaşım edib12 / 11 / 2024, 14:16Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib12 / 11 / 2024, 14:01Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb12 / 11 / 2024, 13:41İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb12 / 11 / 2024, 13:23
Bütün xəbərlər