Elmar Məmmədyarov Rusiyaya gedəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Rusiyaya gedəcək

17:07 - 18 / 02 / 2017
Elmar Məmmədyarov Rusiyaya gedəcək

Bu gün Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə görüşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya planlaşdırılan rəsmi səfərinə hazırlıq və digər məsələlər müzakirə olunub.

Tərəflər bu il aprelin 4-də Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd olunması ilə bağlı görülən hazırlığı da müzakirə edib.

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər