Əli Həsənov: “Ölkə həyatında daim fəallıq göstərən veteranlar bütün xalqın fəxridir” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Həsənov: “Ölkə həyatında daim fəallıq göstərən veteranlar bütün xalqın fəxridir” - FOTO

19:57 - 18 / 02 / 2017
Əli Həsənov: “Ölkə həyatında daim fəallıq göstərən veteranlar bütün xalqın fəxridir” - FOTO

Fevralın 18-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlarla görüşərək onların qayğıları ilə maraqlanıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb, dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Prezidentin köməkçisi vurğulayıb ki, ölkə həyatında daim fəallıq göstərən veteranlar yalnız mənsub olduqları nəslin və ailələrin deyil, bütün xalqın fəxri, ağsaqqalı və ağbirçəyi hesab edilir.

Azərbaycanda müharibə əlilləri və veteranlarının yüksək dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən Əli Həsənov bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti canlanıb, veteranlara münasibət əsaslı şəkildə dəyişib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Təkcə cari ilin əvvəllərində müvafiq sərəncamlar imzalanıb, İkinci Dünya müharibəsi veteranları - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aleksandr Qritçenko və Fatma Səttarova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Hər iki qocaman veteran bu yüksək dövlət mükafatına ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görülüb.

Sonra Prezidentin köməkçisi Azərbaycan Prezidentinin fəxri diplomlarını Fatma Səttarovaya və Aleksandr Qritçenkoya təqdim edib, onlara cansağlığı və işlərində uğurlar arzulayıb.

Fatma Səttarova və Aleksandr Qritçenko yüksək təltifə və diqqətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Prezident İlham Əliyevin müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda veteranlara sözün həqiqi mənasında mənəvi sərvət kimi yanaşılır. Azərbaycan veteranları dövlətimizin başçısının daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf etməyə çalışırlar.

1news.az

Paylaş:
593

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər