Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatlarına başlanılıb | 1news.az | Xəbərlər
Dünya

Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatlarına başlanılıb

12:38 - 19 / 02 / 2017
Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatlarına başlanılıb

Mosulun qərbində İŞİD-ə qarşı 3 cəbhədən əməliyyatlara start verilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Heydər əl-İbadinin ofisindən bildirilib.

Əl-İbadi əməliyyatlarda əsas məqsədin insanların xilas edilməsi olduğunu deyib.

Hərbi mənbələrin verdiyi məlumata görə, əməliyyat 3 cəbhədən həyata keçirilir. Ərazi dar küçələrdən ibarətdir. Həmçinin bu ərazidə 750 min insan yaşayır. Bütün bunlar isə əməliyyatın çətin keçəcəyini deməyə əsas verir.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər