Elmar Məmmədyarov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Nazir E. Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
1news.az
474