Unibank mobil əlavəsinin imkanları daha da artdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank mobil əlavəsinin imkanları daha da artdı

18:20 - 21 / 02 / 2017
Unibank mobil əlavəsinin imkanları daha da artdı

İndi ipoteka kreditlərinizi və yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı cərimələrinizi elə birbaşa mobil telefonunuzdan ödəyə biləcəksiniz.

Bu  imkanı sizə MDB-nin ən mükəmməl mobil əlavələrindən olan Unibank Mobile yaradır. Unibank Mobile-a yeni əlavə olunan “Hökumət ödənişləri” bölməsinə daxil olmaqla, həm ipoteka kreditlərinizi, həm də cərimələrinizi bir toxunuşla ödəyə biləcəksiniz. Bu ödənişlər üçün isə heç bir əlavə komissiya tutulmur. Hazırda kampaniya çərçivəsində Unibank Mobile-da  kartlar arasında aparılan əməliyyatlar da komissiyasızdır.

Unibank Mobile hansı imkanları yaradır?

- Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;

- Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;

- Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;

- Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit - istədiyiniz ödənişi həyata keçirin;

- Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;

- Unibank Mobile əlavəsi sizə həmçinin depozit  və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz. 

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile – asan, sürətli və təhlükəsiz!

Unibank - hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Paylaş:
663

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər