Şəmkir rayonundan olan sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şəmkir rayonundan olan sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

12:35 - 21 / 02 / 2017
Şəmkir rayonundan olan sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fevralın 16-da Şəmkir rayonunda işgüzar forum keçirib.

1news.az-ın məlumatına görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- aqroparkın, kartof və soğan saxlama anbarının yaradılması;

- quru meyvə istehsalı və dəyirman kompleksinin yaradılması;

- istixana, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər