Türkiyə Ordusunda xidmət edən qadınlar hicab geyinə biləcək | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Ordusunda xidmət edən qadınlar hicab geyinə biləcək

11:01 - 23 / 02 / 2017
Türkiyə Ordusunda xidmət edən qadınlar hicab geyinə biləcək

Türkiyənin Müdafiə Nazirliyi qadın hərbçilərlə bağlı mühüm qərar qəbul edib.

Nazirlik Türk Silahlı Qüvvələrinə xidmət edən hərbçilərin geyimini müəyyən edən əsasnamədə dəyişiklik edib.

Yeni qərara əsasən, artıq hicab qadağası aradan qalxır. Belə ki, quru, dəniz və hava qüvvələrinın əməkdaşı olan xanım zabitlər, müqaviləli zabitlər, hərb üzrə təhsil alan tələbələr hicab geyinə biləcəklər.

Huriyyet

Paylaş:
920

Son xəbərlər

Bütün xəbərlər