Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

22:41 - 23 / 02 / 2017
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində “Park Lajenkovski Hoteldə” Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. 

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, forumda Krakov, Lodz, Vroclav, Poznan və başqa şəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir.

Forumun məqsədi Polşadakı azərbaycanlı gəncləri bir araya toplamaqla onlar arasında şəbəkə yaratmaq və onu gücləndirmək, diaspor işində gəcnlərin fəaliyyətini artırmaq, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası prosesində qarşıya çıxan problemləri müzakirə etmək, təkliflər vermək, eləcə də bu məsələləri tədbirdə iştirak edəcək dövlət rəsmilərinin diqqətinə çatdırmaqdır.

Forumun birinci hissəsində qonaqların çıxışları, ikinci hissəsində isə gənclər və dövlət rəsmilərinin iştirakı ilə panel müzakirələrin təşkil edilməsi planlaşdırılıb. Sonda tədbir iştirakçıları adından Polşa Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanacaq.

 Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Polşadakı Səfirliyinin, Polşadakı Azərbaycan diaspor təşkilatları rəhbərlərinin iştirakı gözlənilir.

1news.az

Paylaş:
489

Son xəbərlər

Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08
Bütün xəbərlər