Azərbaycanda “quş qripi” ilə bağlı aparılan monitorinqin nəticəsi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “quş qripi” ilə bağlı aparılan monitorinqin nəticəsi açıqlanıb

22:16 - 24 / 02 / 2017
Azərbaycanda “quş qripi” ilə bağlı aparılan monitorinqin nəticəsi açıqlanıb

Azərbaycanda “quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinqin nəticələri məlum olub. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) 1news.az-a verilən məlumata görə, yoxlama zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl, 15 baş ev quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 2 431 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.

Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələb-lərinə cavab verən şəraitdə həyata keçirilsin.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Xatırladaq ki, fevralın 13-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

1news.az

Paylaş:
630

Son xəbərlər

Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08
Bütün xəbərlər