Məşhur türk aktyordan Xocalı ilə bağlı paylaşım – FOTO
Türkiyənin məşhur aktyoru Nejat İşler Xocalı haqqında öz Facebook səhifəsində ürəkparçalayan status paylaşıb. Həmin statusu diqqətinizə çatdırırıq:
“Hər kəs yatır. Bir azdan işıqlar kəsiləcək və dünya ilə ünsiyyətiniz qalmayacaq. Şəhərinizin ətrafı tanklar və əsgərlərlə çevrildikdən sonra qapınız təpiklərlə qırılacaq. Qapınız qırılacaq, silah səsləri eşidəcəksiniz. Həyat yoldaşınızın, uşağınızın qorxu dolu baxışları sizin üzerinizdeyken cəsarətinizi yığıb onları qorumağa çalışacaqsınız, amma o zaman sizin də qapınız qırılacaq. Sizə güllə sıxıb ruhunuzu təslim edəsiniz belə gözləmədən həyat yoldaşınıza silahın dəstəyilə vuracaqlar, əgər müqavimət göstərsə təpiklə davam edəcəklər. Siz ruhunuzu təslim edənə qədər uşağınızı bıçaqla doğramağa başlayacaqlar. Ümid edirəm ki, həyat yoldaşınız hamilə deyildi, amma həyat yoldaşı hamilə olanlar var əlbəttə. Hamilələrin qarnını bıçaqla yarıb körpə çıxaracaq, evinizin taxta dirəklərinə bərkidəcəklər. Evdə uşaq varsa da, uşağın gözü önündə anasının sinəsini kəsib uşağın ağzına verəcəklər. Sonra uşağı da öldürəcəklər.
Tükünüz ürpəndi, elə deyilmi?
26 Fevral 1992 gecəsi Xocalıda bunlar baş verirdi.
Mən yazmadım ki. Təcavüzləri, işgəncələri yazmağa ürəyim dözmədi”
S.Xankişiyeva