NATO-nun baş katibi: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

NATO-nun baş katibi: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

21:35 - 27 / 02 / 2017
NATO-nun baş katibi: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

“Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”, deyə Y.Stoltenberq qeyd edib.

O həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

1news.az

Paylaş:
606

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər