SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq

15:22 - 28 / 02 / 2017
SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-cin ildən qüvvəyə minən dəyişikliklər - vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi - vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil.

1news.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a AR Vergilər Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək.

O da məlum olub ki, Nazirlər Kabinetinin bu dəyişikliyi maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır.

VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar:

“Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir” - deyə VN-in maliyyə şöbəsindən bildiriblər.

Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.

1news.az

Paylaş:
539

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər