Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib – FOTO

20:23 - 01 / 03 / 2017
Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizi Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin “Rəşadətli Azərbaycan Ordusu” fotostendi də var.

Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra şəhadətnamə alırlar.

Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki, buradakı uşaqların işlərinin gələcəkdə beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakı nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya filminə baxdı.

Xüsusi təhsil proqramları ilə yanaşı, şagirdlər məktəbin tədris emalatxanalarında tikiş, naxışvurma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Şagirdlər, həmçinin məktəbdə “Bacarıqlı əllər” və rəsm dərnəklərində məşğul olurlar. İnternat məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.

Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə hədiyyəsi təqdim etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə məktəbin yataq və tədris korpusu əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidenti həmin il təmirdən sonra məktəbin açılışında, həmçinin kimsəsiz məzunlar Nərgizlə Vüqarın və Ceyranla Fərhadın məktəbdə keçirilən toy məclisində iştirak edib. 2013-cü ildə isə Fondun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub. 2004-2005-ci tədris ilindən internat məktəbinin nəzdində ümumtəhsil sinifləri açılıb və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, çətin həyat şəraitində və risk qrupuna daxil olan ailələrin uşaqları da təhsilə cəlb edilib. Hazırda müəssisədə 787 nəfər şagird ümumtəhsil siniflərində biliklərə yiyələnir. İnternat məktəbi Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdə də fəal iştirak edir. 2016-2017-ci tədris ilindən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində müəssisədə bir "Sağlam təhsil sinfi" yaradılıb.

Əsaslı yenidənqurma işləri çərçivəsində internat məktəbinin tədris korpusu da müasir səviyyədə təmir edilib. Burada Ulu Öndərin büstü qoyulub, fizika, kimya, biologiya laboratoriyaları şagirdlərin ixtiyarına verilib. Korpusun kitabxanası, dərs və kompüter otaqları, həmçinin idman zalı da müasir səviyyədə qurulub.

1news.az

 

Paylaş:
784

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər