Azərbaycan Sahibkarlar Konfederasiyasının Xorvatiyada nümayəndəliyi açılıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Xorvatiya Respublikasında (habelə Balkan region üzrə) nümayəndəliyi açılıb.
1news.az xəbər verir ki, bu barədə ASK-dan məlumat verilib.
Məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının bölgədəki nümayəndəsi kimi Xorvatiyada fəaliyyət göstərən tanınmış iş adamı Yusif Eyyubov təyin edilib.
Nümayəndəlik, Balkan ölkələri və Azərbaycan Respublikasının biznes icmaları arasında səmərəli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, yeni imkanların, ticarət və investisiyaların təşviq olunması, ticarət, sənaye və kənd təsərrüfatı və s. ikitərəfli əlaqələrin genişlənməsi məqsədilə yaradılıb.
Nümayəndəlik tərəfindən yaxın perspektivdə iki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsi, tərəfdaşların axtarılıb tapılması, müxtəlif ölkələrdə investisiya imkanlarının araşdırılması istiqamətində konkret tədbirlərin təşkili planlaşdırılır.
Qeyd edək ki, bununla da ASK-nın xarici ölkələrdə 16 nümayəndəliyi var.
1news.az