Mübariz Əhmədoğlu: Sərkisyan avropalılara - Rusiyaya satılıram | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sərkisyan avropalılara - Rusiyaya satılıram

11:15 - 01 / 03 / 2017
Mübariz Əhmədoğlu: Sərkisyan avropalılara - Rusiyaya satılıram

Sərkisyan avropalılara - Rusiyaya satılıram Çoxlu maliyyə və siyasi resurs versəniz, sizə də satıla bilərəm. Ermənistan prezidenti S.Sərkisyan Brüsseldə Aİ-nin və NATO-nun rəhbərləri ilə görüşdü. Yayılan məlumatların məzmunundan bəlli olur ki, Ermənistan yenidən avrointeqrasiyaya siyasətini əvvəlki məcraya qaytarıb.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Sərkisyan Brüsseldə Aİ-nin və NATO-nun rəhbərləri ilə ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Amma zaman əvvəlki zaman deyil. Rusiya hərbi sahədə Ermənistanın daxilində çox ciddi irəliləyişlər əldə edib. RF qanunlarına görə “İskəndər” OTRK yalnız Rusiyanın daxilində ola bilər. İttifaq Dövlət Belarusa “İskəndər” verməyən RF Ermənistana verdi.  Rusiya vətəndaşları Ermənistana daxili pasportla gəliş-gediş edə bilirlər.

Rusiya Ermənistanı öz daxili subyektlərinə bərabərləşdirmək kursunu final mərhələsinə yaxınlaşdırır. Yaxın vaxtlarda yəqin ki, Avrasiya İqtisadi Birliyinin vətəndaşlığı ideyası Ermənistana tətbiq olunacaq. Belə bir dövrdə S.Sərkisyan Brüsseldə  5-6 il bundan əvvəlki əhval-ruhiyyədə olan bəyanatlar verir. Təbii ki, mənası başa düşüləndir: “Rusiya məni alır, mən Rusiyaya satılıram. Siz, avropalılar çoxlu maliyyə və siyasi resurs versəniz mən sizə də satıla bilərəm”.

Politoloq qeyd edib ki, Avropadakı ağıllılar bunun mümkün olmadığını başa düşürlər. Amma Avropa rəhbərliyində özünü aldatmaq, erməni yalanına inanma hissi də var.

“Yaxınlarda hansının üstünlük təşkil ediləcəyi bəlli olacaq. Brüsseldə Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi bəyanat həqiqi mənada S.Sərkisyanın ya savadsız ya da ruhi xəstə olduğunu göstərir. İstənilən adam S.Sərkisyanın “MİA- Novosti”yə və ondan bir az əvvəl “Blomberq”ə verdiyi müsahibələri oxuyanda reallığın nədən ibarət olduğunu başa düşəcək. “Dağlıq Qarabağ xalqı” mövcud deyil. S.Sərkisyan özü şəxsən “Dağlıq Qarabağ əhalisi” terminini dəfələrlə istifadə edib.

Beynəlxalq hüquqda S.Sərkisyanın dediyi prinsip təsbit olunmayıb. ATƏT Minsk Qrupu sənədlərində belə bir Dağlıq Qarabağ ermənilərinin və yaxud Qarabağ xalqının öz statusunu təyin etmək hüququ yoxdur. Bunun təsdiqi qondarma qurumdakı referendumla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatıdır.

Aydın görünür ki, Dağlıq Qarabağın statusunu indi Dağlıq Qarabağda yaşayan ermənilər təkbaşına müəyyən edə bilməzlər. Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar da ora qayıtmalıdır. Bütün bunlar bəlli olduğu halda ətrafının S.Sərkisyana yol göstərməməsi Ermənistan rəhbərliyinin uçuruma getməklə barışdığını göstərir”.

1news.az

Paylaş:
499

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər