Qarət olunan qadına kömək etmək istəyən polisi bıçaqladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarət olunan qadına kömək etmək istəyən polisi bıçaqladılar

15:30 - 02 / 03 / 2017
Qarət olunan qadına kömək etmək istəyən polisi bıçaqladılar

Şəmkir şəhərindəki ticarət mərkəzlərinin birində qadına qarşı quldurluq edilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 1-də Şəmkir şəhərində yerləşən ticarət mərkəzlərindən birində əvvəllər məhkum olunmuşlar - rayon sakini, Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.

Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Z.Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib.

Z.Qocayev saxlanılaraq RPŞ-yə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər