Azərbaycanın sabiq XİN rəhbərinin avtomobili cərimə meydançasına aparılıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın sabiq XİN rəhbərinin avtomobili cərimə meydançasına aparılıb – FOTO – VİDEO

15:41 - 02 / 03 / 2017
Azərbaycanın sabiq XİN rəhbərinin avtomobili cərimə meydançasına aparılıb – FOTO – VİDEO

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb.

Bu barədə sabiq nazir özü sosial şəbəkədə yazıb. Belə ki, aeroport şosesində Azərbaycanın keçmiş xarici işlər naziri, general rütbəsinə bərabər fövqəladə və səlahiyyətli səfir titulu daşıyan Tofiq Zülfüqarov maşınından düşürülüb və avtomobil cərimə meydançasına aparılıb. Səbəb isə onun 10 AA 102 dövlət nömrə nişanlı avtomobilə magistral yolda bir qədər gec yol verməsi olub. Nəticədə yol polisi əməkdaşlarına Tofiq Zülfüqarovun ailəsinin də olduğu maşını saxlamaq və cərimə meydançasına aparmaq göstərişi verilib.

Hadisə ilə bağlı Tofiq Zülfüqarov Facebook səhifəsində belə yazıb:

“Mən söz vermişdim ki, Ermənistan-Azərbaycan münaqişəsindən başqa mövzulara toxunmayacam, lakin vəziyyət məni istisnalar etməyə vadar edir. Bu axşam öz ailəm ilə birlikdə Mərdəkandakı evimə qayıdırdım. Başıma xoşagəlməz və heyrətamiz hadisə gəldi. Arxamca gələn hansısa maşın, baxmayaraq ki, hərəkət çox intensiv idi və heç bir zolaqlarda yol yox idi, işıq siqnalları verirdi. Əsəbi-isterik vəziyyət yaradırdı. İşıqdan gözümü kor edirdi. İmkan yaranan kimi ona yol verdim və qarşıya buraxdım. Amma bundan sonra həmin maşın da sürəti azaltdı.

Saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımda hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Ötmə əməliyyatı edərək sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çatdı. Maşını saxladım. Polis inspektoru mənə bildirdi ki, qaydaları pozmuşam. Sən demə, onun hansısa böyük bir vəzifəsi var imiş və mənə BMW avtomobilinin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı deyim ki, mənim maşınım böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür. Bu video reqistratora da düşüb. Əgər həmin mayak maşının üstündə quraşdırılmış olsaydı, əla görünərdi. Patrul əməkdaşları böyük hörmətlə mənim sənədlərimi yoxladılar, alkoqol testi keçirdilər və içkili olmadığımı gördülər.

Bundan sonra mənə bildirdilər ki, maşında Şəhər Polis İdarəsindən hansısa general var. Dedilər ki, onlara göstəriş verilib ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. "Nə üçün?" sualına isə cavab verdilər ki, heç bir irad tuta bilmirlər və hətta heç protokol da yazmadılar. Mən onların tələblərini yerinə yetirdim və onlar özləri məni evə gətirdilər. Dediklərimin sübutu üçün maşındakı video reqistratorub qeydlərini də sizə təqdim edirəm.

Əgər ciddi desək, lap gənc yaşlarımdan mənim bu görünməz generaldan daha böyük imtiyazlarım olub. Lakin mən heç vaxt bu imtiyazlarımdan sui-istifadə etməmişəm. Çox ləyaqətli insanlar olan sürücülərim və mühafizəçilərim "seçilmiş olduqlarını" nümayiş etdirməyiblər. Açığı desəm, mənim səfir rütbəm, ən yüksək diplomatik rütbədir. Bu, general rütbəsinə bərabər bir rütbədir. Mənə bu rütbəni 1998-ci il 15 yanvar tarixində Prezident Heydər Əliyev verib və buna görə hər zaman qürur duymuşam”.

Məsələ ilə bağlı Lent.az-a danışan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı açıqlama verib. General Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib:

“Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.

Qeyd edək ki, bu gün mətbuatda Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayılıb. Sabiq nazir bildirib ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün cəzalandırılıb. Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

Paylaş:
2022

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər