Ermənistana məxsus taktiki PUA məhv edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənistana məxsus taktiki PUA məhv edilib – FOTO

18:19 - 02 / 03 / 2017
Ermənistana məxsus taktiki PUA məhv edilib – FOTO

Hərbçilərimiz Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv ediblər.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

1news.az

 

Paylaş:
773

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər