Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar - FOTO

21:02 - 02 / 03 / 2017
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar - FOTO

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 14 dövləti təmsil edən hərbi attaşelik aparatının 17 nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib. Qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1news.az

Paylaş:
526

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər