Masallıda ev əşyaları ilə birgə yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda ev əşyaları ilə birgə yanıb

10:54 - 02 / 03 / 2017
Masallıda ev əşyaları ilə birgə yanıb

Masallıda yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Çaxırlı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan kürsülü, birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər