Tofiq Zülfüqarov: Qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin | 1news.az | Xəbərlər
Cəmiyyət

Tofiq Zülfüqarov: Qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin

15:24 - 03 / 03 / 2017
Tofiq Zülfüqarov: Qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin

Dünən Azərbaycanın sabiq xarici işlər naziri, hazırda isə səlahiyyətli səfiri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı mətbuatda sil-silə xəbərlər yayılmışdı.

Belə ki, polis generalı Səhləb Bağırovun göstərişi ilə heç bir protokol tərtib edilmədən diplomat idarə etdiyi maşınından düşürülərək avtomobili cərimə meydançasına aparılmışdı.

Lakin bu gün T.Zülfüqarov Facebook səhifəsi vasitəsilə problemin tamamilə həll olunduğunu qeyd edib:

“Salam əziz dostlar!

Xəbər vermək istəyirəm ki, iki gün əvvəl baş verən problem bu gün tamamilə həll olunub.

Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatları barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım.

Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər.

Mən, öz tərəfimdən, Azərbaycan Respublikasının Prezidenti bütün dövlət qulluqçularından tələb etdiyi kimi, əmin-amanlığın, Azərbaycan vətəndaşlarının qanuni hüquq və maraqlarının mühafizəsi işində onlara uğurlar arzuladım.

Lakin Azərbaycanda həmişə olduğu kimi sonradan müəyyən edildi ki, biz həmin şəxslərlə hələ 1994-cü ildən, ABŞ-ın ATƏT-dəki səfiri Braunu Goranboy rayonunun Tapqaraqoyunlu kəndindəki təmas xəttinə müşayiət etdiyimiz vaxtdan bir-birimizi tanıyırıq.

Əminəm ki, baş vermiş bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar.

Demək istərdim ki, mənim gəldiyim nəticə ondan ibarətdir ki, qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır. Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım Facebook-un rolu da vacibdir.

“Hakimiyyət səlahiyyətlilərinin” və sadə vətəndaşların iştirakçıları olduqları cəmiyyətin transformasiyasının müsbət aktları – uzunmüddətli prosesdir.

Demək olar ki, bu, bizim hamımızın keçdiyi məktəbdir və burada əsas qayda – qanunun aliliyidir. Qısası, qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin.

Əminəm ki, uzumüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, “kim kimi məğlub edəcək” seriyasından yarışma səhnələrini açıqlamadığıma görə, bəzi dostlarım məni bərk tənqid edəcək. Ancaq mən sual verirəm: “Lazımdırmı?” Axı, aydındır ki, Sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans QALİB GƏLDİ. Daha doğrusu, qalib gələn QANUN oldu.

Hamınıza hörmətlə,

Tofiq Zülfüqarov”.

Mövzu ilə əlaqədar oxuyun:       

Tofiq Zülfüqarov: Mənə qarşı qanunla təsdiq edilmiş prosedur pozulub

Azərbaycanın sabiq XİN rəhbərinin avtomobili cərimə meydançasına aparılıb – FOTO – VİDEO

1news.az

Paylaş:
5108

Son xəbərlər

DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09
Bütün xəbərlər