ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib

09:49 - 03 / 03 / 2017
ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen yüzlərlə günahsız insanın ölümü ilə yadda qalan Xocalı qətliamının 25-ci ildönümü ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, konqresmen Kohen bəyanatında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən və bir zaman 7000-dən çox sakini olan Xocalının 1992-ci il 26 fevral gecəsi Ermənistan Silahlı Qüvvələrinin hücumuna məruz qaldığı və həmin dəhşətli gecədə 600-dən çox silahsız insanın, o cümlədən 106 qadın və 83 uşağın vəhşicəsinə öldürüldüyünü qeyd edib.

Konqresmen atəşkəsin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20% ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü vurğulayıb.  O, həmçinin Azərbaycanın işğal edilmiş əraziləri boyunca olan təmas xəttində toqquşmalar kontekstində ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini bildirib.

Daha sonra ABŞ Konqresinin üzvü Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə  Əfqanıstan əməliyyatına mühüm töhfəsini diqqətə çatdırıb.

Konqresmen öz bəyanatında, həmçinin Azərbaycanın aparıcı rol oynadığı Cənubi Qaz Dəhlizinin inşasının təbii qaz təchizatı baxımından Avropa dövlətləri üçün önəmli alternativ təşkil edəcəyini və ölkəmizin İsrailin neft istehlakının təxminən 40%-ni təmin etdiyini qeyd edib. O, həmçinin Azərbaycanda yəhudi icmasının əmin-amanlıq içərisində yaşadığını və ölkəmizin İsraillə yaxın münasibətlərinin təqdirəlayiq olduğunu ifadə edib.

Sonda konqresmen Kohen dünya azərbaycanlıların Xocalı Faciəsinin qurbanlarının xatirəsini qeyd etdiyi bir məqamda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsi və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin önəminə diqqət çəkib.

1news.az

 

Paylaş:
682

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər