DTX rəisi: “Azərbaycanın 900-ə yaxın vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”
“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçulara qoşulub”.
1news.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
Onların çoxunun döyüşlər zamanı öldürüldüyünü, Azərbaycana qayıdan 84 nəfərin isə cinayət məsuliyyətinə cəlb edildiyini deyən DTX rəisinin sözlərinə görə, son bir ildə terrorçu qruplaşmalara qoşulan 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.
1news.az
694