Şəki sakini ayı hücumuna məruz qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəki sakini ayı hücumuna məruz qalıb

19:18 - 07 / 03 / 2017
Şəki sakini ayı hücumuna məruz qalıb

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, M. Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.

Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

1news.az

Paylaş:
729

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər