Milli Məclis pensiya yaşının 65-ə qaldırılmasını təsdiq etdi
Bu gün Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsi qəbul edilib.
1news.az-ın verdiyi xəbərə görə, dəyişiklik “əmək pensiyalarının baza hissəsinin”, eləcə də pensiya almaq üçün minimal olaraq 12 illik stajın ləğv edilməsini nəzərdə tutur.
Bundan əlavə, pensiya yaşı kişilər üçün mərhələli olaraq 63-dən 65-ə, qadınlar üçün 60-dan 65-ə qaldırılacaq.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, ortalama pensiya yaşında kişilər 14,4 il, qadınlar isə - 18,5il yaşayırlar.
“Layihəyə əsasən, kişilər üçün pensiya yaşı dövrü hər il 2021-ci ilədək 6 ay artırılacaq, qadınlar üçün isə hər il 2027-ci ilədək 6 ay artırılacaq. Bununla da qadın və kişilər üçün pensiya yaşı 65-ə qədər yüksələcək”.
Səsvermə yolu ilə qəbul edilmiş qanunlayihəsi 2017-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.
Dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil edilmir.
1news.az