Şəmkirdə sürücü maşını aşırdı, arvadı və nəvəsi öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə sürücü maşını aşırdı, arvadı və nəvəsi öldü

18:43 - 10 / 03 / 2017
Şəmkirdə sürücü maşını aşırdı, arvadı və nəvəsi öldü

Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 9-da saat 12 radələrində Şəmkir rayonunun Qasımalılar kəndində Gədəbəy rayon sakini Zirəddin Vəliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişini, arvadı Vəzifə və nəvəsi Elzaməddin hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər