“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündən 310 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
1news.az-ın məlumatına görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2732-2713 metr intervaldan sutkalıq 104 ton neft və 18500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
1news.az
454