Bakıda sərnişin avtobusu qaçırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobusu qaçırılıb

13:25 - 11 / 03 / 2017
Bakıda sərnişin avtobusu qaçırılıb

Paytaxtda sərnişin avtobusunu qaçıran şəxs qəz törədib.

1news.az “Report”a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daewoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.

1news.az

Paylaş:
826

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər