Əfv Komissiyasından qərar çıxdı - 450 müraciətə müsbət rəy verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv Komissiyasından qərar çıxdı - 450 müraciətə müsbət rəy verildi

14:18 - 11 / 03 / 2017
Əfv Komissiyasından qərar çıxdı - 450 müraciətə müsbət rəy verildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, bu barədə Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya məlumat verilib.

Bildirib ki, iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər