Türkiyədə hazırda 12500-dən çox azərbaycanlı təhsil alır | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə hazırda 12500-dən çox azərbaycanlı təhsil alır

16:56 - 11 / 03 / 2017
Türkiyədə hazırda 12500-dən çox azərbaycanlı təhsil alır

Türkiyə və Azərbaycanın arasını vurmağa çalışan bəzi güclərin əksinə, biz bir millət, iki dövlətik və ortaq tarixə sahibik.

1news.az Trend-ə istinadən xəbər verir ki, in məlumatına görə, bunu Türkiyənin təhsil imkanları ilə bağlı konfransda bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri daim inkşaf edir.

E.Özoral bildirib ki, Ankara və Bakı arasında əməkdaşlığın əhəmiyyətli sahələrindən biri də təhsildir:

“25 illik müstəqillik ərzində Türkiyədə 125 min nəfər azərbaycanlı təhsil alıb. Hazırda Türkiyədə 12500-dən çox azərbaycanlı təhsil alır”.

1news.az

Paylaş:
436

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər