Sabaha olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

13:16 - 12 / 03 / 2017
Sabaha olan hava proqnozu açıqlanıb

Martın 13-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Ölkənin qərb rayonlarında arabir yağış yağacağı, şərq rayonlarında havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
398

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər