Ukraynada zavodda partlayış baş verib: ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Ukraynada zavodda partlayış baş verib: ölənlər var

23:08 - 16 / 03 / 2017
Ukraynada zavodda partlayış baş verib: ölənlər var

Ukraynanın Zaporojye şəhərindəki zavodlardan birində partlayış baş verib, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə “Zaporojkoks” zavodunda qeydə alınıb. Hadisə zamanı 4 nəfər ölüb. Partlayışın təmir zamanı baş verdiyi bildirilir.

Belə ki, təmir zamanı yaranmış partlayış zamanı 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha bir nəfər isə təcili yardım maşınında ölüb.

Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə baxış keçirilir.

APA

Paylaş:
545

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər