Paris aeroportunda insident: silahlı şəxs hərbçilərə hücum edib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Paris aeroportunda insident: silahlı şəxs hərbçilərə hücum edib - FOTO

14:07 - 18 / 03 / 2017
Paris aeroportunda insident: silahlı şəxs hərbçilərə hücum edib - FOTO

Fransanın paytaxtı Parisin “Orli” hava limanında naməlum şəxs hərbi patrula hücum edib.

1news.az Azərtac-a istinadən  xəbər verir ki, təhlükəsizliyi təmin edən patrulun silahını ələ keçirməyə cəhd göstərib.

Hərbçilərin açdığı atəş nəticəsində həmin şəxs öldürülüb.

Hazırda “Orly Sud” terminalı təxliyə olunub, polisin xüsusi təyinatlı dəstələri hadisə yerini mühasirəyə alıb. Last News nəşrinin yaydığı xəbərə görə, təxliyə edilənlərin sayı 3 min nəfərə yaxındır.

Fransanın daxili işlər naziri Brüno Le Runun da aeroporta gəldiyi bildirilir.

1news.az

Paylaş:
899

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər