Azərbaycan şirkətlərinə məxsus yük maşınları Ukraynada oğurlanıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Azərbaycan şirkətlərinə məxsus yük maşınları Ukraynada oğurlanıb - FOTO

15:29 - 18 / 03 / 2017
Azərbaycan şirkətlərinə məxsus yük maşınları Ukraynada oğurlanıb - FOTO

Ukraynadan Azərbaycana yola salınan, içərisində “Veysəloğlu” və digər şirkətlər üçün yük olan ağır tonnajlı üç avtomobil yoxa çıxıb.

1news.az xəbər verir ki, Ukraynanın İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, maşınlardan ikisində olan yükləri Azərbaycana göndərmək öhdəliyi olan şirkətin rəhbəri Mətləb Nəcəfov APA-ya bildirib.

Onun sözlərinə görə, avtomobillərdən birində 20 tondan çox ət, digərində 20 tondan çox yağ, “Veysəloğlu”na yük gətirən başqa bir avtomobildə isə müxtəlif ərzaq məhsulları olub.

M. Nəcəfovun sözlərinə görə, maşınlardan biri Xmelnitski vilayətinin Starokonstantinov şəhərində, digəri isə Çerniqov vilayətinin Priluki şəhərində yüklənib:

“Maşınlar qrafikə uyğun olaraq, Kiyevdən keçərək Odessaya gedib, oradan gəmilərə yüklənməliydi. Gömrük orqanlarının yoxlamasından da keçmişdi, Azərbaycana yola salınması qalırdı. Amma gözlənilmədən sürücülərlə əlaqə itdi və artıq 3 həftədir, heç bir xəbər yoxdur. Hadisə ilə bağlı dərhal yerli polisə və təhlükəsizlik orqanlarına şirkətim adından müraciət etdim. Onlar ilkin olaraq maşınların naməlum şəxslər tərəfindən oğurlandığını bildirsələr də, təəssüf ki, heç bir axtarış aparmırlar. O yüklərə mən cavabdehəm, külli miqdarda ziyana düşmüşəm”.

M. Nəcəfova onun şirkətinin yüklərini daşıyan avtomobillərin sürücülərinin pasportlarının və sürücülük vəsiqələrinin fotolarını da təqdim edib.

M. Nəcəfov digər şirkət tərəfindən “Veysəloğlu” şirkəti üçün yola salınan maşının da yüklə birlikdə eyni vaxtda yoxa çıxdığını bildirib. O, belə halların son vaxtlar artdığını da vurğulayıb:

“Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədov açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, şirkətə məxsus qida məhsullarını Azərbaycana gətirən 1 yük maşını Ukrayna ərazisində yoxa çıxıb:

“Bu məsələdə "Veysəloğlu" Şirkətlər Qrupu zərərçəkmiş tərəfdir. Məsələnin hüquq müstəvisində həlli üçün artıq aidiyyəti instansiyalara müraciət edilib”.

APA-nın əldə etdiyi məlumata görə, indiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə açıqlamasında onda bu barədə heç bir məlumat olmadığını bildirib.

1news.az

Paylaş:
1203

Sizin üçün xəbərlər

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər