Neft bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft bahalaşmaqda davam edir

12:23 - 21 / 03 / 2017
Neft bahalaşmaqda davam edir

Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.

1news.az-ın ria.ru saytına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 faiz artaraq 49,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 faiz artaraq 51,87 dollar olub.

Qeyd edək ki, neftin bahalaşmasına səbəb kimi OPEC-ə üzv ölkələrin neft hasilatının azaldılması ilə bağlı qərarın müddətinin uzadılmasına daha çox meylli olmaları göstərilir.

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər