Londonda taksilər elektriklə də çalışacaq
Britaniyanın Koventri bölgəsində London taksilərinin yeni istehsal fabriki açılacaq. Dəyəri 300 milyon funt sterlinq olan zavod elektrik ilə işləyən taksilər istehsal edəcək.
Zavod illik 20 min nəqliyyat vasitəsi istehsal gücünə malik olacaq. Londonun özünəməxsus taksilərini 69 ildir ki, istehsal edən taksi şirkətində 1500-ə yaxın işçi çalışır. Yeni açılacaq zavodda isə min yeni iş yeri açılacaq.
Zavodun ilk taksilərinin bu ilin sonunda satışa buraxılacağı planlaşdırılır.
AZƏRTAC
1222