Yaponiyada qar uçqunu: 8 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada qar uçqunu: 8 nəfər həlak olub

13:32 - 27 / 03 / 2017
Yaponiyada qar uçqunu: 8 nəfər həlak olub

Yaponiyanın Toçiqi prefekturasının Nasu şəhəri yaxınlığındakı dağ xizəkçiliyi kurortunda baş verən uçqun nəticəsində səkkiz məktəbli həlak olub, 37 nəfər xəsarət alıb. Bu barədə Yaponiyada həm də xilasetmə funksiyasını yerinə yetirən yerli yanğınsöndürmə idarəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, xəsarət alanlardan ikisi ağır yaralarla xəstəxanaya yerləşdirilib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransında bildirib ki, baş verən faciə ilə əlaqədar ölkə hökuməti yanında xüsusi qərargah yaradılıb. Həmin qərargah xilasetmə əməliyyatlarının əlaqələndirilməsi və məlumatların toplanması ilə məşğuldur.

Əlavə olaraq qeyd edilir ki, yerli hakimiyyət orqanları yardım üçün özünümüdafiə qüvvələrinə müraciət edib.

Qar uçqunu zamanı yamacda ümumilikdə 63 nəfərin olduğu bildirilir. Qrupun tərkibində Toçiqinin yeddi məktəbinin yuxarı sinif şagirdləri və müəllimlər olublar. Onların hamısı müəllimlərin iştirakı ilə dağa dırmanma idman növü ilə məşğul olmaq üçün əraziyə gəliblər.

AZƏRTAC

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər