Ruhani: İran-Rusiya əməkdaşlığı regional təhlükəsizliyə xidmət edir | 1news.az | Xəbərlər
Dünya

Ruhani: İran-Rusiya əməkdaşlığı regional təhlükəsizliyə xidmət edir

18:26 - 28 / 03 / 2017
Ruhani: İran-Rusiya əməkdaşlığı regional təhlükəsizliyə xidmət edir

İran və Rusiyanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə mövqeləri üst-üstə düşür. Hər iki ölkənin əməkdaşlığı regional təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Bu sözləri İranın Prezidenti Həsən Ruhani Moskvaya səfəri zamanı deyib.

Həsən Ruhani bəyan edib ki, rəsmi Moskva və Tehran dövlətlərin sərhədlərinin dəyişdirilməsinin əleyhinədir. Yaxın Şərqdə sülhün bərqərar olması üçün Rusiya ilə gələcəkdə də əməkdaşlıq edəcəklərini bildirən İran Prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin də uğurla inkişaf etdiyini bildirib.

AZƏRTAC

Paylaş:
1833

Son xəbərlər

Bütün xəbərlər