SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

19:06 - 30 / 03 / 2017
SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

31 mart - 1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.

Bu haqda SOCAR-ın rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, “Azneft” İstehsalat Birliyinin bütün işçilərinə təlimatlar verilib.

"Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub".

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər