Ankara Fərat Qalxanı əməliyyatının bitdiyini bildirib | 1news.az | Xəbərlər
Dünya

Ankara Fərat Qalxanı əməliyyatının bitdiyini bildirib

12:41 - 30 / 03 / 2017
Ankara Fərat Qalxanı əməliyyatının bitdiyini bildirib

Türkiyə Fərat Qalxanı əməliyyatını bitirib, bu barədə baş nazir Binali Yıldırım açıqlamasında bildirib.

Nazir əməliyyatların uğurlu keçdiyini, Əl-Babın azad olunduğunu, oraya Azad Suriya Ordusu və Türkiyədəki suriyalıların qayıtdığı vurğulayıb. 

O, Fərat Qalxanı Əməliyyatının bitdiyini və bundan sonra ehtiyac olacağı halda aparılacaq əməliyyatın başqa cür adlandırılacağını qeyd edib.

Xatırladaq ki, əməliyyatlarda indiyə kimi 62 türk əsgəri şəhid olub.

Qeyd edək ki, Fərat Qalxanı Əməliyyatı 2016-cı ilin avqustun 24-də başlamışdı.

Anadolu

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər