Peterburq metrosundakı partlayışda həlak olanların yaxınlarına 2 milyon rubldan çox təzminat veriləcək | 1news.az | Xəbərlər
Dünya

Peterburq metrosundakı partlayışda həlak olanların yaxınlarına 2 milyon rubldan çox təzminat veriləcək

18:29 - 03 / 04 / 2017
Peterburq metrosundakı partlayışda həlak olanların yaxınlarına 2 milyon rubldan çox təzminat veriləcək

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların yaxınlarına 2,025 milyon rubl dəyərində maddi təzminat veriləcək.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlara isə xəsarət dərəcələrindən asılı olaraq 2 milyon rubladək təzminat ödəniləcək.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

1news.az

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər