Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə önəmli yeniliklər və məşhur simalarla qatılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə önəmli yeniliklər və məşhur simalarla qatılır - FOTO

19:06 - 04 / 04 / 2017
Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə önəmli yeniliklər və məşhur simalarla qatılır - FOTO

Aprelin 6-dan 8-dək Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF 2017) öz işinə başlayır.

1news.az xəbər verir ki, Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır.

Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunmuş mədəniyyət müşaviri, ölkəmizdə də geniş tanınan şair və alim İrfan Çiftçinin sözlərinə görə, bu il Türkiyə AITF 2017-də iştirak edəcək şirkət və qurumlarını mədəni fəaliyyətlərlə zənginləşdirəcək. İ.Çiftçi ölkəsinin turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlayıb:

“Azərbaycanda turizm sektorunda milli mədəni müxtəlifliyə, bölgə turizminə üstünlük verildiyini nəzərə alaraq budəfəki sərgidə təbiət turizmi və Qara dəniz mədəniyyətinin təbliğinə önəm verəcəyik”.

XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyə əsrarəngiz təbiətilə böyük turizm imkanlarına malik olan Trabzonun yerli mədəniyyət və adət-ənənələrini, milli folklorunu önə çıxaracaq. Bu məqsədlə, digər şəhərlərdən fərqli olaraq, sərgidə geniş nümayəndə heyəti ilə iştirak edəcək Trabzonun tanıtımı ilə bağlı xüsusi proqram hazırlanıb. Sərgidə sözügedən bölgənin tanınmış kazaziyyə (əlvan metallarla əl işi sənəti) və kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli teatr və musiqi qrupları iştirak edəcəklər. Onların arasında Türkiyəni xarici ölkələrdə uğurla təmsil edən ilk qadın ney ustası Burcu Karadağ, tanınmış teatr və kino aktyoru, “Zeytinburnu Gösteri Sanatları Merkezi”nin (Teatr Sənəti Mərkəzi) baş rejissoru Mehmet Usta da var.

Burcu Karadağın rəhbərlik etdiyi ney və digər musiqi alətləri ifaçılarından təşkil olunan “Karadağ Musiqi Ansamblı”nın – klassik türk musiqisi ilə Mövlanə Cəlaləddin Ruminin mürşidi Şəms Təbrizinin fəlsəfəsindən ilham alaraq “new agge” şərhlər – musiqidə müasir elementlərin vəhdətindən ibarət konserti, Mehmet Ustanın səhnələşdirdiyi “Perdeli Karagöz” və “Kavuklu-Pişekâr” tamaşaları sərgi iştirakçılarına zövqlu anlar yaşadacaq. Bundan əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk üslubunda Ebru sənəti ustaları Ömer Faruk Dere və Emine Derenin hazırlayacağı rəsmlər tədbirə xüsusi rəng qatacaq.

Qeyd edək ki, bundan əvvəl keçirilən Bakı Turizm Sərgilərində də Türkiyə bölgə turizminin tanıtımı məqsədilə ayrı-ayrı şəhərləri önə çıxarmışdı. Bu il isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, otellər birliyi, səyahat şirkətləri federasiyası kimi quruluşlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq.

Bundan başqa, səfir Erkan Özoralın xüsusi dəstəyi ilə səfirliyin mədəniyyət müşavirliyi sərgidə iştirak edən Türkiyə təşkilatları Azərbaycanın turizm təşkilat və şirkətləri arasında işgüzar görüşlər keçirməyi planlaşdırıb.

1news.az

 

Paylaş:
784

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTOBu gün, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya XidmətiBu gün, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHIBu gün, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRARBu gün, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edibBu gün, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıbBu gün, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürübBu gün, 15:13DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02
Bütün xəbərlər