Peterburqda partlayış törədən terrorçunun adı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Peterburqda partlayış törədən terrorçunun adı açıqlanıb

19:57 - 04 / 04 / 2017
Peterburqda partlayış törədən terrorçunun adı açıqlanıb

Rusiya İstintaq Komitəsi dünən Sankt-Peterburqda metroda partlayışın qırğız əsilli Rusiya vətəndaşı Akberjon Cəlilov tərəfindən törədildiyini təsdiqləyib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

S. Petrenko deyib ki, ekspertlər “Ploşşad Vosstaniya” metrostansiyasında aşkarlanan, içərisində partlayıcı qurğu olan çantada A. Cəlilovun genetik izlərini aşkarlayıblar. Həmin qurğu da ora A. Cəlilov tərəfindən qoyulub.

Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti əməliyyat-axtarış tədbirləri çərçivəsində Ə. Cəlilovun qohumlarının dindirildiyini açıqlayıb.

Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Ölənlər arasında 1, yaralananlar arasında da 1 azərbaycanlı var.

Partlayış baş verən yerdə terrorçu-kamikadzenin bədəninin hissələri aşkarlanıb.

1news.az

Paylaş:
1018

Son xəbərlər

Bütün xəbərlər