Binəqədi və Səbail rayonlarında da yolların xətlənməsi işlərinə başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Binəqədi və Səbail rayonlarında da yolların xətlənməsi işlərinə başlanılıb

15:39 - 05 / 04 / 2017
Binəqədi və Səbail rayonlarında da yolların xətlənməsi işlərinə başlanılıb

“Azəravtoyol” ASC Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

1news.az-ın ASC-nin saytına istinadən verdiyi xəbərə görə, anoloji işlər bu gün səhər saatlarından başlayaraq Binəqədi rayonu Xocahəsən yolunda, həmçinin Səbail rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində aparılır.

Qeyd edək ki, rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.

1news.az

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər