Qazaxıstan prezidenti Azərbaycanın Aktaudakı Logistika Mərkəzi ilə tanış olub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qazaxıstan prezidenti Azərbaycanın Aktaudakı Logistika Mərkəzi ilə tanış olub – FOTO

12:08 - 05 / 04 / 2017
Qazaxıstan prezidenti Azərbaycanın Aktaudakı Logistika Mərkəzi ilə tanış olub – FOTO

Aprelin 4-də Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq”in birgə layihəsi olan "Azərsun İstehsal və Logistika Mərkəzi" ilə tanış olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Belə layihələrdən biri də “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonasında yerləşən “Azərsun İstehsal və Logistika Mərkəzi”dir.

Logistika Mərkəzi barədə məlumat verən Şahin Mustafayev mərkəzin inşasına dair razılığın 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə əldə edildiyini və bu istiqamətdə dövlət başçıları tərəfindən müvafiq tapşırıqların verildiyini diqqətə çatdırıb. Həmin il Logistika Mərkəzinin inşasına dair Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” və Qazaxıstanın “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonası arasında Anlaşma Memorandumu imzalanıb.

Təməli 2014-cü ilin 28 iyun tarixində qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan “Azərsun İstehsal və Logistika Mərkəzi”nin ümumi anbar sahəsi 8730 kvadratmetr olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 milyon ABŞ dolları olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırdatonajlı nəqliyyat vasitələri ilə təchiz edilib.

İqtisadiyyat naziri Ş.Mustafayev “Azərsun İstehsal və Logistika Mərkəzi”nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün xüsusi gömrük rejiminin tətbiq olunmasının məqsədəuyğunluğunu diqqətə çatdırıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirib və xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı Qazaxıstanın aidiyyəti orqanlarına müvafiq göstəriş verib.

Qeyd edək ki, 25 faizi dövlətə məxsus olan “Azərsun İstehsal və Logistika Mərkəzi” Azərbaycanın xarici ölkələrdə ilk Logistika Mərkəzidir.

Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yük daşımalarının artırılması baxımından Logistika Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

1news.az

Paylaş:
577

Son xəbərlər

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi keçirilirBu gün, 13:14Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31
Bütün xəbərlər