Kazan vağzalında partlayış təhlükəsi: mindən çox insan təxliyə olunub | 1news.az | Xəbərlər
Dünya

Kazan vağzalında partlayış təhlükəsi: mindən çox insan təxliyə olunub

20:04 - 06 / 04 / 2017
Kazan vağzalında partlayış təhlükəsi: mindən çox insan təxliyə olunub

Moskvanın Kazan vağzalında şübhəli bağlamaya görə mindən çox insan təxliyə edilib.

“Kazan vağzalının binasında, kassaların yaxınlığında şübhəli bağlama aşkarlanıb. Hazırda insanlar təxliyyə olunur”, - agentliyin sözçüsü bildirib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Bazar ertəsi Sankt-Peterburqda baş verən terror hadisəsindən sonra Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Moskva meri  şəhərin Daxili İşlər Nazirliyinə, metropoliten və Dövlət Rusiya Qvardiyasına lazımi tapşırıqlar verib. 

Moslenta.ru

Paylaş:
1059

Son xəbərlər

Bütün xəbərlər