“Samsung Galaxy S9”un hazırlanmasına başlanılıb | 1news.az | Xəbərlər
Dünya

“Samsung Galaxy S9”un hazırlanmasına başlanılıb

22:43 - 07 / 04 / 2017
“Samsung Galaxy S9”un hazırlanmasına başlanılıb

Qabaqcıl “Samsung Galaxy S8” və “Samsung Galaxy S8+” smartfonlarının təqdimatından iki həftə ötməsinə və qurğuların satışa çıxarılmamasına baxmayaraq Cənubi Koreya KİV-i “Samsung” şirkətinin artıq növbəti “Galaxy S9” modelini hazırlamağa başlaması barədə məlumat yayıb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, “Samsung Galaxy S9” üçün ekran panelləri üzərində iş ötən ayın sonundan aparılır.

Beləliklə, Cənubi Koreya istehsalçısı yeni nəsil smartfonların yaradılmasına “Galaxy S8” ilə müqayisədə 6 ay əvvəl başlayıb.

Məlumata görə, hazırda şirkətin müvafiq şöbəsi yeni qurğunun əsas elementlərini, xüsusilə qurğunun panel səthinin əksər hissəsini tutacaq displeyi tamamlamaqla məşğuldur. İlk “OLED” ekran nümunələrinin tədarükü aprelinə ortalarına nəzərdə tutulur. Bir ay sonra şirkətin “Galaxy S9” üçün digər komplekt hissələrini də hazırlayacağı gözlənilir.

Yeni qurğu üzərində işə tez başlamağa səbəb kimi ötən il “Galaxy Note7” smartfonunun uğursuzluqla üzləşməsindən sonra keyfiyyətə nəzarət sisteminə tələblərin sərtləşdirilməsi göstərilir.

“Samsung Galaxy S9” smartfonunun texniki xüsusiyyətləri barədə danışmaq tez olsa da, şirkətin istehsal xəttində istifadə olunan konsepsiyadan imtina etməyəcəyi və yeni smartfonların hazırkı qabaqcıl model kimi eyni çərçivəsiz dizaynla təchiz ediləcəyi ehtimal olunur.

1news.az

Paylaş:
614

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09
Bütün xəbərlər