Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

23:48 - 07 / 04 / 2017
Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçin SVT kanalı məlumat verib:

“İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb”, - deyə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bildirib.

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.

1news.az

Paylaş:
883

Son xəbərlər

Bütün xəbərlər