Kiber təhlükə: 2017-ci ildə 5 milyard itki olacaq | 1news.az | Xəbərlər
Dünya

Kiber təhlükə: 2017-ci ildə 5 milyard itki olacaq

16:52 - 08 / 04 / 2017
Kiber təhlükə: 2017-ci ildə 5 milyard itki olacaq

Məlumatların ehtiyat surətlərinin çıxarılması üçün həllərin hazırlanmasında ixtisaslaşan “Acronis” şirkəti fırıldaqçı (ransomware) zərərli proqram təminatının informasiya təhlükəsizliyi üçün ən ciddi təhdid olması barədə xəbərdarlıqla çıxış edib.

1news.az ICTnews-a istinadən xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatlarına istinad edən ekspertlər 2016-cı ildə qurbanların onların qurğularını şifrləyici virus proqramları vasitəsilə bloklayan cinayətkarlara 1 milyard dollardan çox pul ödədiklərini bildiriblər.

“Acronis” mütəxəssislərinin qənaətinə görə, 2017-ci ildə insanların kiberfırıldaqçılara ödəyəcəkləri pulun məbləği 5 dəfə artaraq 5 milyard dollara çatacaq.

Mütəxəssislər əksər insanların indiyədək fırıldaqçı proqramların nə dərəcədə təhlükə törətməsi və onlardan mühafizə vasitələri barədə məlumatsız olduğuna görə dərin narahatçılıqlarını ifadə ediblər.

Şirkət tərəfindən ABŞ, Böyük Britaniya, Avstraliya, Almaniya, Fransa və Yaponiya istifadəçiləri arasında keçirilən sorğudan məlum olub ki, respondentlərin 62 faizindən çoxu fırıldaqçılıq üçün zərərli proqram təminatı barədə tam məlumatsızdır. Rəyi soruşulanların 67 faizinin kompüterdə saxlanılan fərdi məlumatların, sənədlərin, fotoşəkillərin, videoyazıların və musiqinin böyük əhəmiyyət kəsb etməsini bildirməsinə baxmayaraq onların yalnız 5,8 faizi kiberfırıldaqçılıqla əlaqədar riskləri lazımınca dərk etdiyini qeyd edib.

Bundan başqa, tədqiqat iştirakçılarının 34 faizi özlərinin və ya yaxınlarının məlumat itkisi ilə üzləşməsini etiraf edib. Bununla belə, rəyi soruşulanların dörddə bir hissəsi ehtiyat surətçıxarmanın heç bir formasından istifadə etmədiyini vurğulayıb.

1news.az

Paylaş:
635

Sizin üçün xəbərlər

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər